"Yuventus"un gözü kanadalı futbolçuya düşüb

"Yuventus" "Lill"in kanadalı futbolçusu Conatan Deyvidi azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Fransa klubu ilə yeni müqavilə imzalamaq niyyətində deyil.

Turin klubu oyunçunun meneceri təmas halındadır.

Qeyd edək ki, Devid bu mövsüm çıxış etdiyi 49 matçda rəqib qapılarından 25 top keçirib.