Zaha heyətdən kənarlaşdırılıb

"Qalatasaray"ın "Lion"a icarəyə verdiyi Vilfred Zahanın intizamsız davranışına görə heyətdən kənarlaşdırıldığı bildirilib.

Sportline.az Fransa mətbuatına istinadən xəbər verir ki, "Lion"un baş məşqçisi Pierre Sage tərəfindən heyətə daxil edilməyən Vilfred Zaha və Gift Orbanın rəsmən heyətdən kənarda qaldığını açıqlanıb.

Zaha hazırda müqavilə əsasında “Qalatasaray”a məxsusdur.

Qeyd edək ki, Vilfred Zaha mövsüm sonunda “Qalatasaray”a geri dönəcəyi bildirilir.