Zeedorf: "Vinisius “Qızıl top”u qazanmağa layiqdir"
“Real Madrid”in sabiq futbolçusu Klarens Zeedorf “Qızıl top” mükafatı barədə danışıb.
Sportline.az xəbər verir ki, Zeedrof “El Chiringuito” kanalına müsahibə verərkən bu fikirləri səsləndirib;
“Qızıl top”u qazanmağa Vinisius layiqdir. O möhtəşəm futbolçudur. “Real Madrid”in heyətində mükəmməl mövsüm keçirdi. Mən səsimi Viniyə verəcəm”, – deyə K.Zeedorf bildirib.
Qeyd edək ki, “Qızıl top” mükafatının sahibi bu gecə Paris şəhərində bəlli olacaq.