Zeedorf: “UEFA-nın “Real Madrid” ilə problemi var”
“Real Madrid”in sabiq futbolçusu Klarens Zeedorf iddialı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, Zeedorf “TNTSportsBr” kanalına müsahibə verərkən bu fikirləri qeyd edib;
“UEFA-nın “Real Madrid” ilə problem var. Buna bird aha şahid olduq. “Qızıl top” tam olaraq Vinisiusun haqqı idi. Bu tarixin ən böyük soyğunu oldu. Futbola adına utanc verici bir gecə idi”, - deyə K.Zeedorf bildirib.
Qeyd edək ki, “Qızıl top” mükafatının sahibi “Mançester Siti”nin ispaniyalı futbolçusu Rodri olub.