Zeki Çelik "Roma"da qalacaq

"Roma" mövsümün sonunda müqaviləsi bitəcək Zeki Çeliklə bağlı qərarını verib.

Sportline.az xəbər verir ki, A Seriyasının paytaxt təmsilçisi türkiyəli sağ cinah müdafiəçisini komandada saxlamaq niyyətindədir. Bu barədə insayder Nikolo Şira məlumat yayıb.

"Roma" 28 yaşlı futbolçunu uzunmüddətli olaraq heyətində görmək istəyir və artıq onun nümayəndəsi ilə danışıqlara start verib. Məlumata görə, tərəflər razılaşmaya yaxınlaşıblar.