Zidan İngiltərə nəhəngində işləyə bilər
Zinəddin Zidan “Mançester Yunayted”in baş məçqçisi ola bilər.
Sportline.az xəbər verir ki, Fransa millisinin keçmiş futbolçusu Emmanuel Petit Zidanın “Mançester Yunayted”ə qayıtması üçün iki tələb irəli sürə biləcəyini iddia edib.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
O bildirib ki, Zidanın “Mançester Yunayted”ə keçəcəyi təqdirdə ilk tələbinin güclü və keyfiyyətli heyətin qurulması olacaq.