Zidanı o əvəzləyəcək

Madrid "Real"ı mövsümü titulsuz bitirsə Zinəddin Zidanla yollarını ayıracaq. Sportline.az xəbər verir ki, bu haqda İspaniya mətbuatında xəbərlər dolaşmaqdadır. Zidanı baş məşqçi vəzifəsində əvəzləyəcək mütəxəssislərin siyahısına isə Yoahim Löv başçılıq edir. Almaniya millisi ilə 2020-ci ilədək müqaviləsi olan təcrübəli məşqçinin bununla bağlı razılıq verdiyi bildirilir. Qeyd edək ki, "Real"ın potensial çalışdırıcıları qismində Lövlə yanaşı, Antonio Konte və Maurisio Poçettinonun da adı hallandırılır.