Zidanın köməkçisi müəyyənləşdi

Rafael Benitesin gedişindən sonra "Real"da baş məşqçi postuna gətirilən Zinəddin Zidanın ilk köməkçisi bəlli olub. SportLine.az "Marka"ya istinadən xəbər verir ki, Madrid klubunun yeni məşqçisi "Kastilya"da bir yerdə çalışdığı David Bettonini özünə köməkçi təyin edib. 

Zidanın digər köməkçilərinin klub rəhbərliyi tərəfindən müəyyənləşdiriləcəyi gözlənilir.