Zinəddin Zidan baş məşqçiliyə qayıdır - Yeni iş yer iş bilindi
Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi ola bilər.
Sportline.az xəbər verir ki, Fransa Futbol Federasiyası əfsanəvi futbolçu Zinəddin Zidanı milli komandanın yeni baş məşqçisi təyin etmək üçün rəsmi addımlar atmağa başlayıb.
Bu barədə nüfuzlu L’Equipe nəşri məlumat yayıb.
Fransa millisi hazırda 2026-cı il Dünya Çempionatına hazırlaşır.
Bu turnir indiki baş məşqçi Didye Deşam üçün milli komandadakı son böyük yarış olacaq.