"Zirə" - "Araz Naxçıvan" görüşünün təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasının III turundan təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları açıqlanıb.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq.

Ona Eyyub İbrahimov ilə Asiman Əzizli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı, AVAR-da Kamran Bayramov əyləşəcəklər. Ramil Diniyev hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi kimi təyinat alıblar.

Qeyd edək ki, oyun noyabrın 6-da, saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.