"Zirə" - "Araz-Naxçıvan" oyununun vaxtı dəyişdirilib
Misli Premyer Liqasının 2025/2026 mövsümünün ilk turunda keçiriləcək "Zirə" - “Araz-Naxçıvan” matçının tarixi dəyişdirilib.
Sportline.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Araz-Naxçıvan" bununla bağlı müraciət ünvanlayıb.
Müraciətdə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Omoniya” klubu ilə keçiriləcək görüşdən sonra komandanın vətənə uçuş biletlərinin saatları ilə əlaqədar yaranmış vəziyyət səbəbindən əvvəlcədən nəzərdə tutulmuş vaxtdan gec qayıdacağı qeyd olunub.
Bu səbəbdən “Araz-Naxçıvan” “Zirə” ilə Misli Premyer Liqasının 2025/2026 mövsümünün ilk turunun avqustun 18-də keçirilməsi planlaşdırılan görüşünün 19-na dəyişdirilməsini xahiş edib.
Naxçıvan təmsilçisinin müraciəti, “Zirə”nin rəsmi razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası qarşılaşmanın avqustun 19-da, saat 20:00-da Zirə İdman Kompleksinin stadionunda start götürməsinə qərar verib.