"Zirə" "Astra" ilə oyuna hazırlaşır
Avropa Liqasının I təsnifat mərhələsinin “Differdanj”la oyunundan sonra Belçikaya yollanan “Zirə” daha sonra Rumıniyaya keçib. SportLine.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, Avroliqanın II təsnifat mərhələsində “Astra” ilə qarşılaşacaq təmsilçimiz Buxarest yaxınlığında yerləşən Rumıniya yığmasının təlim-məşq bazasında hazırlığını davam etdirir.
Bu gün də burda məşq edəcək “qartallar” iyulun 12-də Giurgiyə yola düşəcək. “Zirə” oyunöncəsi son məşqini qarşılaşmanın keçiriləcəyi stadionda edəcək. Məşq oyunun başlanma saatında - 20:30-da start götürəcək və ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Bundan yarım saat əvvəl isə “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı kəçiriləcək.