"Zirə" - "Astra" matçının başlanma vaxtı açıqlandı
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Zirə" - "Astra" matçının başlanma vaxtı müəyyənləşib. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda baş tutacaq cavab oyunu saat 21:00-da start götürəcək.
Qarşılaşma “Dalğa Arena”da olacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma iyulun 13-də Rumıniyada baş tutacaq. Matç saat 21:30-da başlanacaq.