"Zirə" Avroliqanın bir addımlığında

"Zirə" Topaz Premyer Liqasının 2016/2017-ci il mövsümündə mübarizəni 4-cü pillədə bitirməyə yaxındır.

SportLine.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasından sonra qəbul edilən qərar buna şərait yaradıb. "Neftçi"yə verilən texniki məğlubiyyət "qartallar"ın xal ehtiyatını artırması ilə nəticələnib. Beləliklə, hazırda 4-cü pillədə qərarlaşan "Zirə"nin 36 xalı var. Komanda ən yaxın izləyicisi - "Kəpəz"i 3 xal qabaqlayır. Bu isə o deməkdir ki, sonuncu turda əldə olunacaq bir xal Bakı təmsilçisini Avroliqaya aparacaq. 

Nəzərə alsaq ki, sonuncu turda rəqib AZAL olacaq, bu vəzifənin öhdəsindən gəlmək heç də çətin görünmür. "Təyyarəçilər" ehtimalları alt-üst etsələr, "Kəpəz" isə "İnter" üzərində qələbə qazansa, Avrokubok vəsiqəsinə Gəncə klubu yiyələnə bilər. Bu məqamda top fərqi suallara aydınlıq gətirəcək. Çünki komandaların cari mövsümdəki şəxsi görüşlərində vəziyyət bərabərdir:

Cari mövsümdəki oyunlar:

"Kəpəz" - "Zirə" - 2:0
"Zirə" - "Kəpəz" - 2:0
"Zirə" - "Kəpəz" - 1:0
"Kəpəz" - "Zirə" - 1:0

Turnir cədvəlində hazırda vəziyyət:

1 Qarabağ 27 18 5 4 44-13 59
2 Qəbələ 27 14 10 3 47-19 52
3 İnter 27 11 10 6 39-32 43
4 Zirə 27 9 9 9 26-26 36
5 Kəpəz 27 8 9 10 23-27 33
6 Sumqayıt 27 8 8 11 26-34 32
7 Neftçi 27 9 2 16 23-43 29
8 AZAL 27 1 7 19 13-47 10
Banner