"Zirə" qələbə ilə başladı
Bu gün UEFA Avropa Liqasında yeni mövsümə start veriləcək. SportLine.az xəbər verir ki, Azərbaycan ilkin təsnifat mərhələsində iki klubla təmsil olunacaq.
Tarixində birinci dəfə Avrokuboklara yüksələn "Zirə" debüt matçını doğma meydanda keçirəcək. Bakı klubu "Differdanj"la üz-üzə gələcək.
Heyətini bir neçə futbolçu ilə gücləndirən Ayxan Abbasovun komandasını cütün favoriti hesab etmək olar.
29 iyun 2017
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
“Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) - 2:0
QOLLAR: Qadze, 22 (1:0); Belfort, 80 (2:0)
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov
Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)
Hakim-inspektor: İqor Satki (Moldova)
UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)
Bakı. “Dalğa Arena”