"Zirə" - "Differdanj" matçı canlı yayımlanacaq
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Zirə” – “Differdanj” oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.
SportLine.az xəbər verir ki, qarşılaşma “CBC Sport” kanalında birbaşa nümayiş etdiriləcək.
Bu barədə kanalın rəsmi feysbuk səhifəsi xəbər yayıb.
Qeyd edək ki, iyunun 29-da “Dalğa Arena”da keçiriləcək görüş saat 21:00-da başlanacaq.