"Zirə" heyətini albaniyalı futbolçu ilə gücləndirdi
Topaz Premyer Liqanın növbəti mövsümünə hazırlaşan “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib.
SportLine.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi albaniyalı yarımmüdafiəçi Cerhard Proqni ilə müqavilə imzalayıb.
Ölkəsinin “Skenderbeu” klubundan gələn 29 yaşlı futbolçu iki illik anlaşmaya imza atıb. Cerhard Albaniyanın U-19 və U-21 yığmalarının formasını geyinib
Qeyd edək ki, “Zirə” buna qədər Tural Cəlilov, Yamin Ağakərimzadə, Yasin Həmid, Murad Səttarlı və Cəmil Hacıyevi heyətinə cəlb edib.