“Zirə” “Şamaxı”dan üstün oldu

Azərbaycan Premyer Liqasında V turu çərçivəsində "Zirə" öz meydanında "Şamaxı"nı qəbul edib.

Sportline.az xəbər verir ki, qarşılaşma "Zirə"nin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda "Zirə"nin qollarını 83 və 87-ci dəqiqələrdə J.Martins, "Şamaxı"nın qolunu isə 25-ci dəqiqədə K.Rossi vurub.