"Zirə" yeni transferini açıqladı

“Zirə” yeni futbolçunu heyətə qatıb. 

Sportline.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Komanda Enrike Kustodio ilə anlaşıb. Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, sözügedən futbolçu daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşoyş” klublarının formasını geyinib.