"Zirə"nin cavab oyununun hakimləri açıqlandı
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Differdanj" - "Zirə" matçının hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş Slovakiyadan olan briqadaya həvalə edilib.
Oyunda əsas söz sahibi Boris Marhefka olacaq. Tomas Vorel və Yan Pozor yan xətt hakimi, Pavol Xmura isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, iyunun 6-da keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 21:00-da səslənəcək.