"Zirə"nin futbolçuları mükafatlandırılacaq
Avropa Liqasında Azərbaycanı təmsil edən və I mərhələdə uğur qazanan “Zirə” futbolçularına mükafat təqdim olunacaq.
SportLine.az-ın məlumatına görə, oyunçulara mükafat “Astra” ilə cavab oyununa qədər veriləcək. “Differdanj”la oyunlarda əsas heyətdə yer alan oyunçular 3 min manat, ehtiyatda oturanlar isə bunun 75% qisminə sahib çıxacaqlar. “Astra” ilə oyunda qazanılan qələbə isə oyunçulara ikiqat artığını qazandıracaq.
Qeyd edək ki, “Zirə” ilk oyunda “Astra”ya 1:3 heabı ilə uduzub.