"Kəpəz" qalib gəldi
Bu gün Topaz Premyer Liqasında sonuncu dövrə start götürəcək. SportLine.az xəbər verir ki, 22-ci turun ilk oyun günündə iki qarşılaşma olacaq.
Günün ilk matçı Gəncədə olacaq. "Kəpəz" son turlar inamlı çıxış edən "Zirə"ni qəbul edəcək. Ötən tur "Kəpəz" AZAL-la oyunda Şahin Diniyevin komandası yalnız son anda qələbəni əldən verdiyi halda, "Zirə" "Neftçi" səfərindən 3 xalla qayıdıb.
Bu komandaların cari mövsümdə keçirdiyi oyunların heç birində heç-heçə qeydə alınmayıb. 1 görüşdə Gəncə təmsilçisi, 2 dəfə isə "Zirə" qələbə qazanıb.
13 mart 2017
TPL, 22-ci tur
15:00. “Kəpəz” - “Zirə” - 1:0
Qol: Julien Ebah, 56
Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
Gəncə şəhər stadionu
Standings provided by Sofascore LiveScore