"Zirə" yoluna davam edir

UEFA Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi - "Zirə" cavab matçına səfərdə çıxacaq. İlk oyunda "Differdanj"ın qapısından iki cavabsız top keçirən qəsəbə təmsilçisi üstünlüyü Lüksemburqda qorumaq niyyətindədir.

Qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.


06 iyul 2017
Avropa Liqası
I təsnifat mərhələsi (cavab oyunu)

“Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan) - 1:2
QOLLAR:
David Vandenbruk, 11 (1:0); Manqa, 64 (1:1); Qadze, 68 (1:2)

Baş hakim: Boris Marhefka
Baş hakimin köməkçiləri: Tomaş Vorel, Yan Pozor
Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Differdanj Şəhər Munisipal stadionu
İlk oyun – 0:2