"Zirə"nin oyununda belarusiyalılar iş başında olacaq
Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Astra" - "Zirə" matçının hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Belarusdan olan briqadaya tapşırılıb.
Oyunda əsas söz sahibi Sergey Sinkeviç olacaq. Ona Vitali Malyutin və Yevgeni Romanov kömək edəcək. Dördüncü hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.
Qeyd edək ki, "Astra" - "Zirə" matçı iyulun 13-ü, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.