"Zirə" Rumıniyadan məğlub dönür

"Zirə" UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq. SportLine.az xəbər verir ki, ilk təsnifat mərhələsində "Differdanj"ı mübarizədən kənarlaşdıran Bakı təmsilçisi, bu dəfə "Astra" ilə qarşılaşacaq.

Zəngin Avrokubok təcrübəsinə malik Rumıniya klubu doğma meydanda azarkeşlərini sevindirmək niyyətindədir. Ayxan Abbasovun komandası isə vətənə sərfəli nəticə ilə dönmək barədə düşünür.

Giurgiunun Marin Anastasoviçi stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə 21:30-da səslənəcək.


13 iyul 2017
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun

“Astra” (Rumıniya) – “Zirə” (Azərbaycan) - 3:1
QOLLAR:
İonita, 31 (1:0); Rəşad Sadiqov, 34 (1:1); Dandea, 55 (2:1); Le Talles, 74 (3:1)

Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
Hakim-inspektor: İrji Ulrix (Çexiya)
Giurgiu. Marin Anastasoviçi stadionu