Zirkze İtaliyaya qayıdır

"Mançester Yunayted"in niderlandlı forvardı Coşua Zirkze karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, "Roma" 24 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.

Zirkzenin dəyəri 30 milyon avrodur.

Qeyd edək ki, sözü gedən futbolçu bu mövsüm 4 matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.