Zirkze "Mançester Yunayted"dən ayrılmaq fikrində qətidir
"Mançester Yunayted"in futbolçusu Coşua Zirkze klubda qalmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, niderlandlı oyunçu "Roma"ya transfer olmaq istəyir.
Bu haqda jurnalist Alfredo Pedulla məlumat yayıb.
Qeyd edək ki, C.Zirkze cari mövsüm 12 matçda meydanda olub. 24 yaşlı hücumçunun aktivində 1 qol var.