Zirkze "Mançester Yunayted"i tərk edir

"Mançester Yunayted" futbolçusu Coşua Zirkze ilə bağlı qərar verib.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, İngiltərə klubu 24 yaşlı hücumçunu yanvar ayında satmaq niyyətindədir.

C.Zirkzedə "Mançester Yunayted"i tərk etmək fikrinə müsbət yanaşır. 

Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm 4 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.