Zubimendinin sərbəst qalma məbləği açıqlanıb

"Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendinin sərbəst qalma məbləği açıqlanıb.

Sportline.az "OK Diario" nəşrinə istinadən xəbər verir ki, "Sosyedad" Zubimendi üçün 60 milyon avro tələb edir. 

26 yaşlı futbolçu ilə "Real Madrid" yaxından maraqlanır. O cari mövsüm çıxış etdiyi 44 matçda 2 qol 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Zubimendinin "Sosyedad"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.