Hakimlərimizə yeni təyinat verilib

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Emil Ağakişi və Ernest Ağakişi növbəti təyinat alıb.

Sportline.az xəbər verir ki, onlar qadın həndbolçuların Challenge Cup turnirinin III mərhələsinin ACME – Jalgris - 2 Kaunas  (Litva) – HC Qomel (Belarus) matçında ədaləti təmsil edəcəklər.

Görüş noyabrın 11-də Litvanın Alitus şəhərinin “Alytaus Arena” kompleksində keçiriləcək.    

Bu qarşılaşmada, Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi çexiyalı Lada Trojkova olacaq.