Aqüero Messini "Mançester Siti"yə gətirir

Yay transfer pəncərəsində Lionel Messini razı sala bilməyən "Mançester Siti" istəyində israrlıdır. SportLine.az xəbər verir ki, artıq Serxio Aqüero da məsələyə qarışıb. 

Goal.com saytının yaydığı məlumata görə, Leonun həmvətəni Argentina seçməsinin düşərgəsində onunla söhbətləşib. "Onun fikirləri qarışıqdır. Gələcəyi ilə bağlı qərar verməkdə çətinlik çəkir. Mən isə onu "Mançester Siti"də görmək istəyirəm", - deyən S.Aqüero, "Onun transferi komandamızı ikiqat güclü edəcək", - deyə fikrini tamamlayıb.

"Daily Express"də dərc olunan xəbərdə isə "şəhərlilər"in L.Messiyə 80 milyon funt-sterlinq transfer bonusu ödəməyə hazır olduğu yazılıb.