"Araz" kubokla vidalaşdı

Futzal üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub. SportLine.az xəbər verir ki, son oyun günündə daha bir qarşılaşma keçirilib. Ölkə çempionu “Araz” gözlənilmədən aşağı liqa təmsilçisimə uduzub. 8:7 hesablı sensasion qələbəyə imza atan “Yasamal 2” mübarizəni davam etdirmək hüququ qazanıb. 

Qeyd edək ki, daha əvvəl “Marafon Futsal”, “Uğur”, və “Hell Energy” də ölkə kubokunda yarımfinala adlayıb.