"Araz"ın rəqibləri bəlli oldu

UEFA Kubokunun elit-raundunda iştirak hüququ əldə edən "Araz" klubu rəqiblərini tanıyıb. SportLine.az xəbər verir ki, bu gün keçirilən püşkatma mərasimində iştirakçı 16 komanda 4 qrupa bölünüb.

B qrupunda yer alan Azərbaycan çempionu Rusiyanın “Yuqra”, Almaniyanın “Hamburq” və Xorvatiyanın “Nasional" klubları ilə mübarizə aparacaq.

Qeyd edək ki, elit raundun oyunları noyabrın 22-si və 27-də keçiriləcək. 

A qrupu

“Kayrat” (Qazaxıstan)*
“Nikars” (Latviya)
“Real Rieti” (İtaliya)
“Feniks” (Kosovo)
 
B qrupu

“Yuqra” (Rusiya)
“Araz” (Azərbaycan)
“Hamburq” (Almaniya)
“Nasional” (Xorvatiya)*
 
C qrupu

“İnter” (İspaniya)
“Ekonomaç” (Serbiya)
“Xrudim” (Çexiya)
“Maribor” (Sloveniya)*
 
D qrupu

“Dinamo” (Rusiya)
“Sportinq” (Portuqaliya)*
“Dyer ETO” (Macarıstan)
“Tarqu Mureş” (Rumıniya)

* - Elit-raunda birbaşa vəsiqə qazananlar.