Avropa oyunları: Badmintonçumuz mükafatsız qaldı

Badmintonçumuz Edi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında medalsız qalıb.

Sportline.az xəbər verir ki, fərdi yarışlarda qrup mərhələsində ardıcıl üç qələbə qazanan idmançı 1/8 finalda mübarizəni dayandırıb.

O, Finlandiya təmsilçisi Kalle Kolyonenə məğlub olub. Hər iki hissədə Azərbaycan badmintonçusunu üstələyən Kolyonen (2:0 - 21:18, 21:14) 1/4 finala yüksəlib.

Qeyd edək ki, qadın badmintonçu Keyşa Fatimə Zəhra bu gün fərdi kateqoriyada 1/8 final görüşünə çıxacaq.