Avtoidman Yay Olimpiya Oyunlarının proqramına salına bilər

Beynəlxalq Olimpiya Komitəsi 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində baş tutacaq Yay Olimpiya Oyunlarının proqramına avtoidmanın daxil edilməsini nəzərdən keçirir.

Sportline.az "Inside the Games" nəşrinə istinadən xəbər verir ki, son qərarın oktyabrda verilməsi planlaşdırılır.

Avtoidmandan əlavə, bayraq futbolu (Amerika futbolunun təmassız versiyası), beysbol, kikboksinq və bir neçə idman növü olimpiadanın proqramına salınmaq üçün mübarizə aparır. Siyahıda ümumilikdə 9 növün olduğu bildirilib.

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) olimpiada üçün hansı avtoidmanı təklif edəcəyi hələlik bəlli deyil. Lakin bunun kartinq olacağı gözlənilir.

Qeyd edək ki, ABŞ-dakı yarışın 2028-ci il 21 iyul - 6 avqustda keçirilməsi planlaşdırılır.