Azərbaycan idmançılarının oktyabr üçün reytinq cədvəli

Azərbaycan Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin oktyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Sportline.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.

540 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikincidir. Stend atıcılığı üzrə yığma (MİX) üçüncü sıraya yüksəlib.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.