Azərbaycan Kubokunun püşkü atıldı

Futzal üzrə Azərbaycan Kubokunun 2017/2018-ci il mövsümünün püşkü atılıb.

SportLine.az xəbər verir ki, 14 komandanın yarışacağı kubok oyunlarına 1/8 final mərhələsindən start veriləcək.

Yüksək Liqada ilk iki pilləni tutan "Araz” və "Marafon Futsal” mübarizəyə 1/4 final mərhələsindən başlayacaq. 

Aprelin 25-də "Olimpik Star"da keçiriləcək 1/8 final mərhələsinin afişası belədir:

12:00. VİP FK – "Neftçi” İK

13:30. "FK. İtaldizain Futsal” – "Yasamal”

15:00. EKOL - "Gilan”

16:30. ADBTİA - "Avanqard”

18:00. "Romana” – "Yasamal-2”

19:30. "Standard” – "Hell Energy”

1/4 final mərhələsində qarşılaşacaq çütlüklər:

"Araz” // "Romana” – "Yasamal-2” cütünün qalibi

"Marafon Futsal” // "FK. İtaldizain Futsal” – "Yasamal” cütünün qalibi

"Standard” – "Hell Energy” cütünün qalibi // ADBTİA - "Avanqard” cütünün qalibi

VİP FK – "Neftçi” İK cütünün qalibi // EKOL - "Gilan” cütünün qalibi