Azərbaycan millisi ilk oyununda uduzdu

Bu gün kişi voleybolçuların Avropa Liqası start götürüb. SportLine.az xəbər verir ki, yarışda Azərbaycan millisi də çıxış edir. Seçmə komandanın ilk rəqibi Makedoniya olub.

Meydan sahibi ilə görüş voleybolçularımız üçün uğursuz alınıb. Rəqib hər üç seti üstün bitirməklə yekunda qələbəyə sevinib.

"A" qrupunda mübarizə aparan Fərid Cəlalovun voleybolçularının digər rəqibləri Albaniya və İsveçin duelində isə albanlar qələbə qazanıblar.


16 iyun 2017
VOLEYBOL, Avropa Liqası
I dövrə, I tur

Albaniya – İsveç - (15:25, 23:25, 25:23, 26:24, 15:9)

Hakimlər: Tiran Şayno (İsrail), Sergey Hulko (Ukrayna)

Skopye, Boris Traykovski Sarayı

Makedoniya – Azərbaycan - (25:19, 25:19, 25:20)

Hakimlər: Yasmin Huseynoviç (Bosniya və Herseqovina), Stoyan Baryev (Bolqarıstan)

Skopye, Boris Traykovski Sarayı

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.

YER

Ölkə

O

Q

M

S

T

X

1

Makedoniya

1

1

0

3-0

75-58

3

2

Albaniya

1

1

0

3-2

104-106

2

3

İsveç

1

0

1

2-3

106-104

1

4

Azərbaycan

1

0

1

0-3

58-75

0