Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

Futzal üzrə Azərbaycan seçməsi yoldaşlıq görüşü çərçivəsində Qazaxıstanla üz-üzə gələcək. SportLine.az xəbər verir ki, bu barədə UEFA-nın saytı xəbər yayıb.

Məlumata görə, matç sentyabr 23-də Bakı İdman Sarayında təşkil olunacaq. Start fiti saat 16:00-da səslənəcək.