Azərbaycan millisi qələbə ilə başladı

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Lüksemburqda keçirilən “Novotel Cup 2017”də ilk oyununa çıxıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, Fərid Cəlalovunun yetirmələri İslandiya yığması ilə qarşılaşıb.

Matç komandamız üçün asan alınıb. Voleybolçularımız sadəcə ikinci setdə rəqibə sevinmək imkanı verib. Digər hissələrdə islandiyalılardan aşkar üstün olan millimiz 3:1 (25:21, 21:25, 25:16, 25:9) hesablı qələbəyə sevinib.

Qeyd edək ki, yığmamız növbəti oyununu ev sahiblərinə qarşı keçirəcək.