Azərbaycan - Portuqaliya duelinin hakimləri müəyyənləşdi

Futzal üzrə Avropa Çempionatının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Portuqaliya matçının hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, qarşılaşmada Andrey Çerni (Çexiya), Saşa Tomiç (Xorvatiya) və Kamil Çetin (Türkiyə) iş başında olacaq.

Qeyd edək ki, sabah keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.