"Azərreyl" Rumıniyada məğlub oldu

Bu gün qadın voleybolçular arasında “Çelenc Kuboku” yarışında 1/16 final mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Azərreyl" də ilk oyun günündə meydana çıxacaq. Rəqib Rumıniyanın “Ştiinta” kollektivi olacaq.

Səfərdə keçiriləcək qarşılaşmada Bakı klubunun şansları yüksək dəyərləndirilsə də, oyun təcrübəsinin kifayət qədər olmaması "Azərreyl"ə problemlər yarada bilər.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.


12 dekabr 2017
VOLEYBOL, "Çelenc Kuboku"
1/16 final (İlk oyun)

“Ştiinta” (Rumıniya) – “Azərreyl” (Azərbaycan) - 3:1 (25:23, 25:20, 22:25, 25:18)

Hakimlər: Ebru Ayata (Türkiyə), Georgios Georgouleas (Yunanıstan)
Bakau, “Sporturilor” Sarayı

“Azərreyl”: 1. Ceyran Əliyeva, 2. Nərmin Fərəcova, 3. Anna Dovhopolyuk, 4. Nelli Salbişvili, 5. Maqdelana Qrika, 6. Ayşən Abduləzimova, 7. Stetlana Dorsman, 8. Viktoriya Ağakişiyeva, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 15. Aynur Kərimova, 18. Şəfaqət Həbibova