"Bursaspor"un hücumçusu "Qarabağ"da

“Bursaspor”un hücumçusu Dzon Delarqe karyerasını Azərbaycanda davam etdirəcək. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konqo millisinin üzvü "Qarabağ"la razılığa gəlib.

Məlumata görə, Ağdam təmsilçisi "Bursaspor"la transfer məsələlərinda anlaşıb. 28 yaşlı futbolçunun keçidi "Qarabağ"ı 200 min avro xərcə salıb.

Qeyd edək ki, Dzon Delarqe “Bursaspor”a ötən il Avstriya klubu “Admira”dan keçmişdi.