Çempion geri dönür

Məşhur döyüş ustası Castin Qetci oktaqona dönməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, amerikalı idmançı pərəstişkarlarını sevindirmək niyyətində olduğunu bildirib.

"Nəzəri cəhətdən sabah da qayıda bilərəm. Amma, fiziki formamı tam bərpa etməliyəm. İndiki vəziyyətimdə bunu məqbul saymıram. Azı 180 gündən sonra məşqlərə başlaya bilərəm. O vaxta qədər də müəyyən prosedurları həyata keçirmək olar", - deyə Qetci "MMAJunkie" portalına müsahibəsində bildirib.

Məşhur idmançı həmçinin, beynindəki zədənin ciddiliyini nəzərə alaraq, oktqona yarım ildən tez qayıda bilməyəcəyini də vurğulayıb.