Nokautdan sonra ilk fotosunu paylaşdı

UFC döyüşçüsü Castin Qetci Maks Xolloueyə məğlubiyyətdən sonra ilk fotosunu paylaşıb.

Sportline.az xəbər verir ki, UFC 300 çərçivəsində həmvətəninə nokautla uduzan idmançı narahatlığa əsas olmadığını bildirib.

O, sosial şəbəkə hesabında həyat yoldaşı Sofiya Romano ilə birgə şəklini təqdim edib.

Qeyd edək ki, Qetci sözügedən döyüşün son saniyələrində nokauta düşmüşdü.