Sen - Pyer favoritini açıqladı

UFC-nin sabiq çempionu Jorj Sen - Pyer Camal Hill ilə Aleks Pereyra arasındakı döyüşlə bağlı fikrini açıqlayıb.

Sportline.az xəbər verir ki, təcrübəli idmançı böyük maraqla gözlənilən qarşılaşma haqqında bunları deyib: "Pereyranın kikboksinqdə böyük təcrübəsi var. Ona görə də əgər döyüş ayaq üstdə keçsə o, şəksiz favoritdir. Əks təqdirdə Camal rəqibini üstələyəcək".

Kanadalı idmançı bu fikirləri "FOX Sports"la bölüşüb.

Qeyd edək ki, Sen - Pyer iki çəki dərəcəsində UFC-nin sabiq çempionudur.

Camal Hill ilə Aleks Pereyra arasında görüş aprelin 13-dən 14-nə keçən gecə ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək.