Ən güclü 4 avqustda bilinəcək

"Pound-for-pound" reytinqinin lideri Terens Kroufordun növbəti döyüşünün vaxtı açıqlanıb.

Sportline.az xəbər verir ki, məğlubedilməz amerikalı WBA versiyası üzrə orta çəkidə çempionluq uğrunda görüşə avqustun 4-də çıxacaq.

36 yaşlı boksçu bu titul üçün özbəkistanlı İsrail Madrimovla üz-üzə gələcək.

Qeyd edək ki, Terens Krouford peşəkar rinqdə keçirdiyi 40 döyüşün hamısını qələbə ilə bitirib.

O, həmin döyüşlərdən 31-də nokautla qələbə çalıb.