Çempionlar Liqası: PSJ "Real Sosyedad"a, "Bavariya" "Latsio"ya qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, "Latsio" doğma meydanda "Bavariya" ilə PSJ isə "Real Sosyedad"la üz-üzə gələcək.

Cavab oyunları martın 5-də olacaq.

UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
14 fevral

00:00. "Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)

Baş hakim: Fransua Leteksye (Fransa).

Roma, "Stadio Olimpico".

00:00. PSJ (Fransa) – “Real Sosyedad” (İspaniya)

Baş hakim: Marko Quida (İtaliya).

Paris, "Park de Prens".

Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək. Ötən gün "Mançester Siti" Danimarkada "Kopenhagen"ə 3:1, "Real" isə Almaniyada “Leyptsiq”ə 1:0 hesabı ilə qalib gəlib.