"Böyük dəbilqə"də uğursuz gün

Parisdə "Böyük dəbilqə" turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın ikinci günündə daha üç cüdoçumuz tatamiyə çıxacaq. 100 kq çəki dərəcəsində Elmar Qasımov Xorxe Fonseka ilə (Portuqaliya), Elxan Məmmədov isə Sedrik Olivarla (Fransa) münasibətləri aydınlaşdırıb. Ən ağır çəkidə isə Uşanqi Kokouri Cənubi Koreyalı Kim Kyontae ilə üz-üzə gəlib. Təəssüf ki, hər üç təmsilçimiz ilk görüşünü məğlub tamamlayıb.

Qeyd edək ki, turnirin ilk günündə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıblar.