"Dördlər finalı"nın bütün iştirakçıları bəlli oldu

Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. SportLine.az xəbər verir ki, bununla da “Dördlər finalı”nın iştirakçıları bəlli olub.

“Vakıfbank” (Türkiyə)
"Dinamo" (Moskva, Rusiya)
“Qoneqliano” (İtaliya)
"Əczaçıbaşı" (Türkiyə)

Beləliklə, “Dördlər finalı”nın bütün iştirakçılarının adına aydınlıq gəlib. Aprelin 22-23-də Terevizoda baş tutacaq həlledici mərhələdə “Dinamo” “Gonegliano” (İtaliya) ilə, “Vakıfbank” “Əczaçıbaşı” (Türkiyə) ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının qrupunda Azərbaycanı “Azərreyl”lə “Telekom” təmsil etsə də, onlar yarışla vaxtından əvvəl vidalaşıblar.